Türkiyə Super Liqasında baş məşqçi istefası

17:50 - 28 Oktyabr 2024

Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.

Sportal.az xəbər verir ki, "Konyaspor" Ali Çamdalı ilə yollarını ayırıb. Bu barədə yerli mətbuat məlumat yayıb.

40 yaşlı mütəxissislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Ali Çamdalı bu aprel ayında "Konyaspor"un baş məşqçisi təyin olunmuşdu. "Ağ-yaşıllar" Super Liqada 10 turdan sonra 11 xal toplayıb və turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

Xəbər xətti