"Barselona"nın baş məşqçisi İspaniyada ən yaxşı seçildi

19:57 - 28 Oktyabr 2024

İapaniya La Liqasında oktyabr ayının ən yaxşı məşqçisinin adına aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, "Barselona"nı çalışdıran Hansı Flik ayın ən yaxşısı adına layiq görülüb. Bu barədə turnirin mətbuat konfransı məlumat yayıb.

Alman mütəxəssis artıq ikinci dəfədir La Liqada ən yaxşı seçilir. Flik yekun səsvermədə Karlo Ançelotti ("Real") və İmanol Alquasili ("Real Sosyedad") qabaqlayıb.

Qeyd edək ki, "Barselona" İspaniya çempionatında oktyabr ayında "Alaves" (3:0), "Sevilya" (5:1) və "Real"ı (4:0) məğlub edib.


Xəbər xətti