Millimiz Avropa çempionatının yarımfinalında

21:50 - 24 İyul 2024

Kosovonun paytaxtı Priştina şəhərində 18 yaşa qədər qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı C divizionunda millimizin ikinci qrup oyunu baş tutub.

Sportal.az xəbər verir ki, B qrupunda qərarlaşmış millimizin qrupda ikinci rəqibi Gürcüstan seçməsi olub. Oyuna sürətli başlayan qızlarımız rəqib üzərində 74-68 hesablı qələbə qazanıblar.

Qarşılaşmanın ən məhsuldar basketbolçusu millimizin üzvü Şilan Akbingöl (19 xal, 11 ribaund) seçilib.

Bu qələbə ilə qızlarımız Avropa çempionatının yarımfinalına vəsiqə qazanıblar. Millimizin qrupdakı son oyunu 25 iyul Bakı vaxtı ilə saat 16:30-da Ermənistan yığmasına qarşı olacaq.

Xəbər xətti