Maksim Medvedev "Qarabağ"da məşqçi təyin olundu

15:52 - 24 İyul 2024

"Qarabağ"ın sabiq futbolçusu Maksim Medvedev məşqçiliyə başlayıb.

Sportal.az xəbər verir ki, veteran müdafiəçi Ağdam təmsilçisinin akademiyasında çalışacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Azərbaycan milli komandasının sabiq üzvü "Qarabağ"ın U-14 komandasında baş məşqçi Samir Musayevin köməkçisi təyin olunub.

Xəbər xətti