"Fehervar"ın futbolçusu: "Sumqayıt"ın nə qədər güclü olduğunu bilmirik"

12:49 - 25 İyul 2024

Macarıstanın "Fehervar" klubunun qapıçısı Balaj Tot Konfrans Liqasının təsnifat mərhələsinin 2-ci turunda üz-üzə gələcəkləri “Sumqayıt”la matçdan danışıb.

Sportal.az xəbər verir ki, “M4Sport”a danışan macar "Sumqayıt"ın nə qədər güclü olub-olmadıqlarını bilmədiklərini qeyd edib: 

"Sumqayıt"la səfər oyununa sakit və sabit müdafiə oyunu ilə başlamaq lazımdır. Rəqibin nə qədər güclü olduğunu bilmirik. Amma növbəti mərhələyə çıxmaq üçün diqqətli olmalıyıq".

"Sumqayıt" - "Fehervar" matçı bu gün Mehdi Hüseynzadə adına stadionda keçiriləcək və saat 20:00-da başlayacaq.
 

Xəbər xətti