Qrizmanna MLS-dən yüksək maaş təklifi

21:33 - 26 İyul 2024

"Atletiko"nun futbolçusu Antuan Qrizmann karyerasını ABŞ-də davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Los Anceles" fransalı hücumçunu transfer etmək istəyir. Bu barədə "L'equipe" nəşri məlumat yayıb.

MLS təmsilçisi Qrizmanna sərfəli maaş təklif edib. O, təklifi qəbul etsə, çempionatda "İnter Mayami"nin hücumçusu Lionel Messidən sonra ən çox qazanan futbolçu olacaq.

Qeyd edək ki, Antuan Qrizmannın "Atletiko" ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Xəbər xətti