"Zirə"nin hücumçusu: "Növbəti mərhələyə vəsiqə qazana bilərik"

18:28 - 24 İyul 2024

"Zirə"nin hücumçusu Rafael Utziq Avropa Konfrans Liqasının "DAK 1904"lə ilk oyunundan öncə keçirilən mətbuat konfransında iştirak edib.

Sportal.az braziliyalı futbolçunun fikirlərini diqqətinizə çatdırır:

- Sabah çox vacib oyuna çıxacağıq. Baş məşqçi vasitəsilə rəqib komanda haqda mümkün bütün informasiyalar bizə ötürülüb. Bu oyunda sərfəli nəticə qazanmaq istəyirik.

- "Zirə"nin "DAK 1904"ü keçmək ehtimalı nə qədərdir?

- Təbii ki, komanda olaraq ötən mövsümdən bəri birlikdə çıxış edirik. Meydançada bir-birimizi yaxşı başa düşürük. Bu amili nəzərə alsaq, belə rəqiblərə qarşı layiqli mübarizə apara bilərik. Rəqibi elə də yaxşı tanımırıq. İlk dəfə onlarla qarşılaşacağıq. Sabah evdə oynayacağıq. Evdə və səfərdə qalib gəlib növbəti mərhələyə vəsiqə qazana bilərik.

Mirbağırağa

Xəbər xətti