"Difai Ağsu" - MOİK matçında sülh - VİDEO

21:52 - 15 May 2024

Futbol üzrə Azərbaycan I Liqasında XXVI tura start verilib.

Sportal.az xəbər verir ki, bu gün "Difai Ağsu" öz meydanında MOİK-i qəbul edib. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

Xallarını 46-ya yüksəldən MOİK turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 22 xalı olan "Difai Ağsu" isə 9-cu yerdədir.

"Difai Ağsu" - MOİK 1:1

Qollar: Tahir Zeynalov, 35 - Nihad Qurbanlı, 85

Xəbər xətti