II Liqada mükafatlandırma mərasimi keçiriləcək

17:27 - 15 May 2024

Futbol üzrə Azərbaycan II Liqasında 2023/2024 mövsümünün mükafatlandırma mərasimi keçiriləcək.

Sportal.az  xəbər verir ki, 21 may tarixində Binə qəsəbə stadionunda baş tutacaq “Şəfa” – “Baku Sportinq” oyunundan sonra II Liqada qızıl, gümüş və bürünc mükafatçılar təltif olunacaq, qalibə kubok təqdim ediləcək.

Həmçinin mövsümün bombardir və ya bombardirlərinin mükafatları veriləcək.

Xəbər xətti