"Liverpul"da iki ayrılıq - RƏSMİ

16:24 - 17 May 2024

"Liverpul" mövsümün sonunda iki futbolçusu ilə ayıracaq.

Sportal.az xəbər verir ki, Mersisayd təmsilçisi Joel Matip və Tiaqo Alkantara ilə yola davam etməyəcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Matip və Alkantara yayda azad agent statusunda olacaq.

Qeyd edək ki, Tiaqo Alkantara 2020-ci ilin yayından "Liverpul"da çıxış edirdi. İspan yarımmüdafiəçi bu mövsüm cəmi bir matçda meydanda olub. Joel Matip isə 8 ildir "Liverpul"un formasını geyindirdi. 32 yaşlı kamerunlu mərkəz müdafiəçisi cari mövsümdə komandanın heyətində 14 görüşdə iştirak edib.

Xəbər xətti