Türkiyə I Liqasında pley-off mərhələsinin görüşləri keçirilir.
Sportal.az xəbər verir ki, bu gün Ramil Şeydayevin formasını geyindiyi "Kocaelispor" səfərdə "Çorum"un qonağı olub. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Bununla da "Kocaelispor" Super Liqaya yüksəlmək şansını itirib.
Ramil Şeydayev də qarşılaşmanın iştirakçısı olub. Millimizin üzvü oyuna start heyətində başlayıb və 90 dəqiqə meydanda qalıb.