Monteneqro millisinin müdafiəçisi "Atletiko"da qalmayacaq

14:49 - 15 May 2024

Monteneqro millisinin müdafiəçisi Stefan Saviç "Atletiko”nu tərk edə bilər. 

Sportal.az “Marca”ya istinadən xəbər verir ki, təcrübəli futbolçu Madrid klubunun yeni müqavilə təklifinə cavab verməyib.

Saviç karyerasında dəyişiklik etmək niyyətindədir.

O, Səudiyyə Ərəbistanı, Türkiyə və İtaliya klublarından gələn təklifləri dəyərləndirəcək. 

33 yaşlı futbolçu “Borça”, “Partizan”, “Mançester Siti”, “Fiorentina2 klublarında oynadıqdan sonra 2015-ci ildə “Atletiko”ya keçib.

Xəbər xətti