Ramilin komandası Super Liqaya yüksəlmək şansını itirdi

22:56 - 16 May 2024

Türkiyə I Liqasında pley-off mərhələsinin görüşləri keçirilir.

Sportal.az xəbər verir ki, bu gün Ramil Şeydayevin formasını geyindiyi "Kocaelispor" səfərdə "Çorum"un qonağı olub. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bununla da "Kocaelispor" Super Liqaya yüksəlmək şansını itirib.

Ramil Şeydayev də qarşılaşmanın iştirakçısı olub. Millimizin üzvü oyuna start heyətində başlayıb və 90 dəqiqə meydanda qalıb.

Xəbər xətti