Yeni mövsümün transfer çalışmalarına start verən "Neftçi"nin bəzi planları üzə çıxmaqdadır.
Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, avrokuboklara vəsiqə uğrunda mübarizə aparan "ağ-qaralar" Şahruddin Məhəmmədəliyevdən sonra millinin daha bir üzvünün xidmətində maraqlıdır.
Paytaxt təmsilçisi "Adana Demirspor"un formasını geyinən qapıçıyla yanaşı, Mahir Emreliyə dəvət göndərib. "Neftçi" 27 yaşlı hücumçuya 2+1 illik təklif edib.
Emreli hazırda "Dinamo"ya məxsusdur. Onun Zaqreb təmsilçisi ilə müqaviləsi 2026-cı ilin yayınadək nəzərdə tutulub.
"Bakı"nın yetirməsinin bu ayın sonunda Xorvatiyadan ayrılması gözlənilir. Buna səbəb əsas heyətə düşməməsidir.
"Dinamo"nun Mahirə azad agent statusu vermək istəməsi məlumdur. Hələlik o naməlumdur ki, forvard təzminat almadan buranı tərk etməyə razılaşacaq, ya yox.
Yəqin ki, qarşıdakı həftələrdə bu sualın da cavabını biləcəyik. Bəlkə daha tez.
saytlarin hazirlanmasi