Bu gün Azərbaycan Premyer Liqasında 33-cü tura start verilib.
Sportal.az xəbər verir ki, turun ilk görüşü Tovuzda keçirilib.
"Kəpəz" "Sumqayıt"ı qəbul edib. Matç 1:1 hesablı bərabərliklə başa çatıb. Turun mərkəzi görüşü isə "Azərsun Arena"da baş tutub. Burada "Qarabağ" "Neftçi"ni böyük hesabla məğlub edib.
Azərbaycan Premyer Liqası
33-cü tur
4 may (şənbə)
16:30. “Kəpəz” – “Sumqayıt” 1:1
Qollar: Elçin Əlicanov, 90+5 - Cordan Rezabala, 80
Hakimlər: Tural Qurbanov, Zöhrab Abbasov, Teymur Teymurov, Nicat İsmayıllı
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Asif Əliyev
Tovuz şəhər stadionu
19:30. “Qarabağ” – “Neftçi” 5:0
Qollar: Nəriman Axundzadə, 12, 77, Toral Bayramov, 41, Leandro Andrade, 66, Abdullah Zubir, 85
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Kamran Bayramov, Fərid Hacıyev
Hakim-inspektor: Barış Şimşək
AFFA nümayəndəsi: Elçin Mehtiyev
“Azersun Arena”