"Qarabağ" legioneri ilə danışıqlara başladı, komandada qalacaq

14:48 - 3 May 2024

Rusiya millisinin qapıçısı Andrey Lunyov “Qarabağ”ı tərk etmək istəmir.

Sportal.az saytına verilən məlumata görə, Ağdam klubu ilə qolkiperin meneceri arasında danışıqlar bərpa edilib.

“Qarabağ” 32 yaşlı qolkiperin maaşını artıracaq. O, komandaya gəldiyi vaxtdakından daha yüksək gəlir əldə edəcək. Lunyovun müqavilə müddəti yaxın vaxtlarda artırılacaq. Rusiyalı qapıçı “Torpedo”nın (Moskva)yetirməsidir.

Təcrübəli futbolçu “İstra”, “Kaluqa”, “Saturn”, “Ufa”, “Zenit”, “Bayer”(Leverkuzen) klublarının qapısını qoruyub.

Xəbər xətti