"Beşiktaş"ın hücumçusu "Mançester Siti"yə keçə bilər

11:24 - 5 May 2024

"Beşiktaş"ın futbolçusu Semih Kılıçsoy karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.

Sportal.az xəbər verir ki, "Mançester Siti" 18 yaşlı hücumçunu transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Xəbərdə gənc forvardın Avro-2024 başa çatdıqdan sonra Mançester təmsilçisi ilə müqavilə imzalayacağı qeyd olunub.

Qeyd edək ki, Semih Kılıçsoy "Beşiktaş"ın yetirməsidir. Türkiyə millisinin üzvü "qara qartallar"ın heyətində meydana çıxdığı 31 rəsmi matçda 11 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti