"Çempionluq uğrunda mübarizə aparırdıq"

12:14 - 18 May 2024

Başa çatan mövsümdə minifutbol üzrə Azərbaycan çempionatında üçüncü pilləni tutan "Real Bakı" oldu.

Komandanın baş məşqçisi və kapitanı Cəmşid Məhərrəmov Sportal.az saytına açıqlamasında kollektivin mövsümü mükafatçılar sırasında başa vurmasına münasibət bildirib:

"Oyunların ağır olacağını bilirdik. Müntəzəm mövsümdə matçlar gərgin keçirdi. Çempionluq uğrunda mübarizə aparırdıq. Elə oldu ki, “Aznur”a uduzduq. İstəmirdik ki, medalsız qalaq. Şükür Allaha, bürünc medallar uğrunda oyunda qalib gəldik. Özümüzə inamımız var idi. Komandamız döyüşkənlik göstərdi. Klub rəhbərimiz Elnur bəy futbola çox müsbət yanaşır, futbolu sevir. Özü də oynamır, kənarda dayanır. Amma əvvəlki illərdə özü də meydanda olub. Komandamızda maliyyə problemi yoxdur. Rəhbərliyin fikri də odur ki, yeni mövsümdə də liqada olaq, iştirak edək. Artıq neçəci ildir ki, “Real”(Bakı) çempionatda çıxış edir. Bu çempionat üçün nə söz veribsə, onu da yerinə yetirib. Bürünc medal üçün də mükafat vəd verilmişdi. Oyunçular paltardəyişmə otağından çıxan kimi mükafatını alır”.

Mirbağırağa 

Xəbər xətti