Lunyovdan gələcəyi ilə bağlı açıqlama

14:22 - 18 May 2024

Rusiya millisinin qapıçısı Andrey Lunyov “Qarabağ”la müqavilə müddətinin artırılması ilə bağlı danışıqların gedişindən danışıb. 

Sportal.az xəbər verir ki, “Matç TV”yə danışan rusiyalı qapıçı Azərbaycan çempionunun ona yeni müqavilə təklif etməsi ilə bağlı fikirlərini bölüşüb:

“Hazırda diqqət yalnız mövsümün sonuna yönəlib. Mövsümün sonunda gələcəyimlə bağlı bəzi qərarlar verəcəm. “Qarabağ” rəhbərliyi yeni müqavilə təklif edir? Bəli, biz müzakirə prosesindəyik. Proses davam edir”.

Əlavə edək ki, 32 yaşlı qolkiperin əvvəlki agenti Anton Smirnovla əməkdaşlığı dayandırdığı məlum olub.

Xəbər xətti