I Liqa: Turun mərkəzi matçında "Karvan" qalib gəldi

16:55 - 16 Oktyabr 2024

Futbol üzrə Azərbaycan 1-ci Liqasında 5-ci tura start verilib.

Sportal.az xəbər verir ki, turun mərkəzi matçında lider "Karvan" doğma meydanda "İmişli"ni qəbul edib. Rəqibini 3:2 hesabı ilə məğlub edən Yevlax təmsilçisi xallarını 15-ə yüksəldib.

"Karvan" - "İmişli" 3:2
Qollar:
B.Teymurov, 1, M.Ələkbərov, 80, R.Hüseynov, 89 - E.Rəhimzadə, 46, P.Alves, 68
Qırmızı vərəqə: İ.İnqilablı, 90

"Qaradağ Lökbatan" - "Mingəçevir" 0:0

Xəbər xətti