Samir Abasov "Neftçi"də - RƏSMİ

16:37 - 14 Oktyabr 2024

Samir Abasov "Neftçi"nin baş məşqçisi təyin olunub.

Sportal.az xəbər verir ki, 46 yaşlı mütəxəssis bundan sonra “ağ-qaralar”ın uğurları üçün çalışacaq. Onunla bu gün 2 illik müqavilə imzalanıb.

Buna qədər “Sumqayıt” klubunu çalışdıran Samir Abasov bu komandanı sonuncu mövsümdə UEFA Konfrans Liqasına çıxarmağı bacarıb.

"Neftçi" ilə isə həm futbolçu, həm də məşqçi kimi çempionluq sevinci yaşayan Abasov “Neftçi”yə 2020/2021-ci illər mövsümündəki sonuncu çempionluğu da qazandıran şəxsdir.

Xəbər xətti