PSJ Luis Enrike ilə bağlı qərar verdi

18:59 - 17 Oktyabr 2024

PSJ mövsümün sonunda klubla müqaviləsi başa çatan Luis Enrike ilə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, Paris təmsilçisi ispan mütəxəssislə razılıq əldə edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

PSJ artıq Luis Enrike ilə yeni sözləşmə barədə razılıq əldə edib. Qarşıdakı günlərdə tərəflər arasında 2027-ci ilin iyun ayına kimi nəzərdə tutulan müqavilə imzalanacaq.

Qeyd edək ki, Luis Enrike 2022-ci ilin yayından PSJ-ni çalışdırır. Paytaxt klubu ötən mövsüm 54 yaşlı məşqçinin rəhbərliyi altında Fransa çempionu olub. Komanda hazırda Liqa 1-də 7 turdan sonra 17 xal toplayıb və turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Xəbər xətti