"Sabah" Yunanıstan klubuna uduzdu

21:34 - 16 Oktyabr 2024

FIBA Avropa Kubokunda mübarizə aparan "Sabah" Basketbol Klubu bu gün növbəti oyununu keçirib.

Sportal.az xəbər verir ki, Azərbaycan çempionu Yunanıstanın "Marussi" klubu ilə üz-üzə gəlib. Qarşılaşma qonaqların 82:70 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, "Sabah" turnirin ilk turunda səfərdə Belçika təmsilçisi "Spiru"ya 81:82 hesabı ilə məğlub olub.

Xəbər xətti