"Real"ın keçmiş futbolçusu bu klubu çalışdıracaq

21:46 - 15 Oktyabr 2024

Argentina millisinin və “Real”ın(Madrid) sabiq futbolçusu Fernando Qaqo “Boka Xuniors”u çalışdıracaq.

Sportal.az xəbər verir ki, Argentina klubu artıq bu təyinatı açıqlayıb. Bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Onun müqavilə müddəti 2025-ci ilin dekabrına qədər nəzərdə tutulub.

Qaqo buna qədər “Aldosivi”, “Rasinq”, “Çivas” klublarında baş məşqçi kim işləyib. 

O, futbolçu kimi "Boka Xuniors", "Real", "Roma", "Valensiya", "Veles Sarsfild" komandalarının üzvü olub.

Xəbər xətti