"Real" niderland millisinin üzvünü transfer etmək istəyir

11:33 - 15 Oktyabr 2024

"Real" müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, Madrid təmsilçisi "Bayer"də çıxış edən Ceremi Frimponqu transfer etmək istəyir. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

Frimponq Almaniya klubundan qışda ayrılmaq istəmir. Buna görə də "Real" niderlandlı sağ cinah müdafiəçisini 2025-ci ilin yayında heyətinə qatmağa çalışacaq. 23 yaşlı oyunçunun sərbəstqalma məbləği 40 milyon avrodur. "Kral klubu" bu məbləği ödəməyə hazırdır.

Qeyd edək ki, "Bayer"  Ceremi Frimponqu 2021-ci ilin yanvar ayında "Seltik"dən transfer edib. Niderland millisinin üzvü bu mövsüm Leverkuzen təmsilçisinin heyətində meydana çıxdığı 10 rəsmi matçda 1 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2028-ci ilin yayına kimidir.

Xəbər xətti