"Sumqayıt"ın yeni məşqçisi bəlli oldu

21:23 - 15 Oktyabr 2024

"Sumqayıt"ın yeni müvəqqəti baş məşqçisi Vaqif Cavadov məşqçilər korpusu ilə bağlı qərar qəbul edib.

Sportal.az saytına verilən məlumata görə, Cavadovun korpusuna yeni mütəxəssis cəlb olunub.

Belə ki, bu yay karyerasını başa vurmuş Vurğun Hüseynov Cavadovun köməkçilərindəndir. 

Qeyd edək ki, Hüseynov 2013-2023-cü illər arasında "Sumqayıt"ın formasını geyinib.

Bundan savayı isə o, "Turan Tovuz", "Qəbələ", "Kəpəz" komandalarında oynayıb.

Xəbər xətti