"Qarabağ"ın avrokubok matçının biletləri satışda

17:34 - 16 Oktyabr 2024

UEFA Avropa Liqası Liqa mərhələsinin "Budyo Qlimt" - "Qarabağ" matçının biletləri satışa çıxarılıb.

Sportal.az xəbər verir ki, Norveçdə keçiriləcək görüşün biletlərinin qiyməti 300-550 İsveç kronu (49-89 manat) aralığında dəyişir. Bu barədə ev sahibi komandanın mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, "Budyo Qlimt" - "Qarabağ" qarşılaşması 7 noyabar tarixində, Bakı vaxtı ilə saat 20:45-də, "Aspmira" stadionunda baş tutacaq.

Xəbər xətti