Millimizin üzvü: "Bütün günahı Mahirin üzərinə yıxmaq düzgün olmazdı"

16:49 - 15 Oktyabr 2024

Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ceyhun Nuriyev Millətlər Liqasının C1 qrupunun 4-cü turunda Bakıda Slovakiya yığmasına məğlubiyyət (1:3) haqda danışıb.

Sportal.az saytına açıqlama verən Nuriyev görüşlə bağlı bunları deyib:

"Məğlubiyyətdən sonra danışmaq çətindir, xüsusən də bunun qarşısını almağa yaxın olanda. Birinci hissə ən yaxşısı olmasa da, ikinci hissəyə çox yaxşı başladıq. Biz irəli gedə bilərdik. Matçın dönüş nöqtəsi qırmızı vərəqə oldu. Rəqib güclüdür, müdafiəyə keçməyə məcbur idik. Slovakiya kimi komandanın təzyiqinin öhdəsindən gələ bilmədik. Amma məğlubiyyətin əsas səbəbi qırmızı vərəqə deyildi. Bir sıra səbəblər var idi. Məsuliyyət hamımızın üzərinə düşür. Bütün günahı Mahir Emrelinin üzərinə yıxmaq düzgün olmazdı. Bu dəfəki Millətlər Liqası hamımız üçün pis alınır. Bunun baş verməsini istəməzdik. Qarşıda daha iki qarşılaşma var və vəzifəmiz altı xal qazanmaqdır. Qalan oyunlarda da mübarizə aparmalıyıq".
 

Xəbər xətti