"Milan" ingiltərəli futbolçunu istəmir

12:17 - 16 Oktyabr 2024

"Milan" bəzi futbolçularını qışda göndərmək istəyir.

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, "rossonyerlər" yayda icarəyə götürdüyü Temmi Abrahamla yollarını ayırmaq niyyətindədir.

Belə ki, ingiltərəli futbolçu gözlənilən performansı vermədiyi üçün onunla yollar ayrılacaq.

İtaliya nəhəngi qış "transfer pəncərəsi" zamanı "Lill" və Kanada millisinin hücumçusu Conatan Davidin keçidini reallaşdırarsa, Temminin ayrılığı dəqiqləşəcək.

 

Xəbər xətti