Qvardiola "Mançester Siti"ni tərk edəcək?

12:23 - 15 Oktyabr 2024

"Mançester Siti" ilə müqaviləsi mövsümün sonunda başa çatan Pep Qvardiola gələcəyi ilə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, ispan mütəxəssis Premyer Liqa təmsilçisində daha 1 il qalmaq istəyir. Bu barədə "Telegraph" nəşri məlumat yayıb.

Qvardiola 2016-ci ildən çalışdığı "Mançester Siti"də 10 ilini tamamlamaq istəyir. Onun klubla yeni sözləşmə imzalayacağı gözlənilir.

Qeyd edək ki, Qvardiola "Mançester Siti"nin baş məşqçisi kimi 6 dəfə İngiltərə Premyer Liqasında çempion olub. "Şəhərlilər" 53 yaşlı məşqçi ilə bir dəfə UEFA Çempionlar Liqasını qazanıb.

Xəbər xətti