"Beşiktaş"dan ayrılan futbolçu "Neftçi"də oynayacaq?

15:22 - 16 Oktyabr 2024

Azərbaycanın U-17 və U-19 yığmasının sabiq üzvü Berkay Vardar Premyer Liqamızda oynamağa yaxındır.

Sportal.az saytına verilən məlumata görə, “Beşiktaş”ın yetirməsi, yayda bu klubdan ayrılaraq “Fatih Karagümrük”ə keçmiş müdafiəçi Birinci Liqa klubunda qalmayıb və yenicə oradan ayrılıb.

Hazırda azad agent olan Vardar Azərbaycana gəlməyə razılıq verib. Amma onun hansı komandaya keçəcəyi hələ ki, dəqiq deyil. Məsələ burasındadır ki, ona Premyer Liqamızın bir neçə klubundan təklif var.

Yayda “Neftçi”nin maraq dairəsində olduğu deyilən Vardara “Araz-Naxçıvan” da maraq göstərir.
 

Xəbər xətti