"Sabah" Yunanıstan klubu ilə üz-üzə

10:17 - 16 Oktyabr 2024

Bu gün Azərbaycan çempionu “Sabah” klubu basketbol üzrə Avropa kubokunun G qrupunda ikinci oyununa çıxacaq.

Sportal.az xəbər verir ki, təmsilçimiz evdə Yunanıstanın “Marussi” klubu ilə qarşılaşacaq. Matç Bakı İdman Sarayında baş tutacaq.

19:00 “Sabah” (Azərbaycan) – “Marussi” (Yunanıstan)

"Sabah": Kamro Blu, Trevon Duval, Hassani Qravett, Deandre Vilyams, Klavs Kavars, Maykl Holton, Andrey Voynaloviç - Əlikamran Məmmədov, Ramiz Quliyev, Şirzad Şirzadov, Aydın İbrahimov, Tariyel Yusifzadə.

Xatırladaq ki, ilk matçda “Sabah” səfərdə “Spira”ya uduzub (81:82), “Marussi” isə evdə “Nörçöppinq” ə qalib gəlib (99:80).

Xəbər xətti