"Sabah"ın rəqibi ABŞ-dan oyunçu ilə anlaşdı

18:22 - 15 Oktyabr 2024

Basketbol üzrə Avropa Kubokunun G qrupunda “Sabah” ın rəqibi olan “Marussi” sıralarını yeni əcnəbi oyunçu ilə gücləndirib. 

Sportal.az xəbər verir ki, Azərbaycan çempionunun rəqibi sıralarına ABŞ-dan olan Coş Adamsı qatıb.

Xatırladaq ki, sabah Bakı İdman Sarayında 2-ci tur çərçivəsində yunanlar "Sabah"ın qonağı olacaq.

Qarşılaşmaya 19:00-da start veriləcək.


 

Xəbər xətti