"Sabah" avrokuboklar oyunu üçün iki futbolçu transfer etdi

16:26 - 17 Oktyabr 2024

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək “Sabah” İsveçrənin “Bazel” klubu ilə görüşdən əvvəl heyətini iki əcnəbi futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Masazır təmsilçisi qanalı yarımmüdafiəçi Avudu Başit və nigeryalı forvard Stiven Ende ilə anlaşıb.

Hər iki futbolçunun 18 yaşı var. Eyni zamanda, əgər Başit yenicə kluba keçibsə, Ende artıq “bayquşlar”ın əvəzedici heyətində oyun keçirib.

Qeyd edək ki, “Sabah”la “Bazel” arasında ilk oyun oktyabrın 23-də İsveçrədə, cavab görüşü isə noyabrın 6-da Azərbaycanda keçiriləcək.

Xəbər xətti