Maldini ailəsi İtaliya futbol tarixində ilkə imza atdı

20:46 - 15 Oktyabr 2024

Maldini ailəsi tarixdə İtaliya millisində üç nəsil keçirən ilk ailə oldu. 

Sportal.az İtaliya mətbuatına istinadən xəbər verir ki, yarımmüdafiəçi Daniel Maldini bazar ertəsi Millətlər Liqasında İsrailə qarşı görüşün 73-cü dəqiqəsində İtaliya millisində debüt edib. 

Bununla da Maldini ailəsi üç nəsil milli komandanın formasını geyinən ilk ailə kimi tarixə keçib.

Onun atası Paolo və babası Çezare Maldini də İtaliya millisinin aparıcı üzvü olub.

Daniel Maldini isə "Montsa"nın formasını geyinir.

Xəbər xətti