Mario Balotelli İtaliya klubu ilə anlaşdı

19:22 - 15 Oktyabr 2024

İtaliya milli komandasının sabiq üzvü Mario Balotelli ölkəsində oynayacaq.

Sportal.az "Sky Sport"a istinadən xəbər verir ki, 34 yaşlı forvard artıq "Cenoa" ilə anlaşıb.  

Tərəflər arasında şifahi razılıq olub. Balotelli Genuya klubunda illik 300 min avro qazanacaq.

Son olaraq "Adana Demirspor"un formasını geyinmiş Balotelli karyerası ərzində "İnter", "Milan", "Mançester Siti", "Liverpul", "Nitsa", "Marsel", "Breşiya", "Montsa", "Sion" komandalarında çıxış edib.

Xəbər xətti