"Qarabağ" və "Neftçi"nin futbolçuları Uelsə qarşı oynadı

12:05 - 15 Oktyabr 2024

"Qarabağ"ın futbolçusu Marko Yankoviç və "Neftçi"nin oyunçusu Edvin Kuçun formasını geydiyi Monteneqro millisi UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.

Sportal.az xəbər verir ki, komanda Kardiffdə Uels millisinin qonağı olub. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Monteneqro millisinin heyətində meydana start heyətində çıxan Marko Yankoviç 82-ci dəqiqədə Edvin Kuçla əvəzlənib.

Qeyd edək ki, 4 turdan sonra Monteneqro millisinin xalı yoxdur. Uels isə 8 xalla ikincidir. Qrupa 10 xalla Türkiyə yığması liderlik edir.  

Xəbər xətti