Bakıda millimizə qol vuran futbolçu: "Önəmli oyun idi"

14:47 - 16 Oktyabr 2024

Slovakiya yığmasının futbolçusu David Duriş Millətlər Liqasının C3 qrupunun IV turunda Bakıda Azərbaycan yığması üzərində qazandıqları qələbəni (3:1) şərh edib.

Sportal.az xəbər verir ki, millimizə Bakıda vurulmuş üçüncü qolun müəllifi görüşlə bağlı bunları deyib:

"Çox şadam ki, komandaya qol vuraraq kömək edə bildim. Parlaq ötürmə edən və boş qapıya qol vurmağa kömək olan Tuptaya da təşəkkür edirəm. Azərbaycana qarşı görüş asan olmasa da, bunu qazana bildik. Bakıdakı qələbə önəmli idi".

Xəbər xətti