"Şimal" "Kür-Araz"a qalib gəldi - VİDEO

21:28 - 17 Oktyabr 2024

Futbolüzrə Azərbaycan 1-ci Liqasında 7-ci turun oyunları davam edir.

Sportal.az xəbər verir ki, bu gün "Kür-Araz" öz meydanında "Şimal"ı qəbul edib. Qarşılaşma Xaçmaz təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 15-ə yüksəldən "Şimal" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 9 xalı olan "Kür-Araz" isə 7-ci yerdədir.

“Kür-Araz” – “Şimal” 0:2
Qollar: 
Tofiq Nəsibov, 21; 48.

Xəbər xətti