"Çelsi"nin gənc futbolçusu "Real"a keçə bilər

12:58 - 17 Oktyabr 2024

"Real" müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, Madrid təmsilçisi "Çelsi"də çıxış edən Coş Açeamponqu transfer etmək istəyir. Bu barədə "İndependent" nəşri məlumat yayıb.

"Real" yanvar ayında ingiltərəli sağ cinah müdafiəçisini heyətinə qatmaq üçün onun klubuna təklif göndərəcək.

"Liverpul" və "Nyukasl" da gənc oyunçu ilə maraqlanır.

Qeyd edək ki, Coş Açeamponq "Çelsi"nin yetirməsidir. İngiltərə millisinə də dəvət alan futbolçu bu mövsüm London təmsilçisinin əsas komandasının heyətində 1 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti