"Kəpəz"in lideri komandada qalacaq? - AÇIQLAMA

10:35 - 18 May 2024

“Kəpəz”in futbolçusu Junior Martinş bir neçə klubumuzun maraq dairəsindədir. Amma Gəncə klubu da onunla işbirliyinə davam etmək istəyir. 

“Zirə”, “Səbail”, hətta “Neftçi”nin də maraq dairəsində olduğu bildirilən braziliyalı futbolçu Sportal.az saytına açıqlamasında bunları deyib:

“Bu barədə heç bir söz deyə bilmərəm. Çünki “Kəpəz”lə qüvvədə olan müqaviləm var. Gələcəyim yaxın vaxtlarda aydınlaşacaq”.

Qeyd edək ki, “Maranhao”, “Moto Klub”(hər ikisi Braziliya), “Babrunqas”(Litva) klublarında oynamış Juniorun “Kəpəz”lə müqaviləsi 2024-cü il dekabrın 31-nə qədərdir. 

Mirbağırağa

Xəbər xətti