Liqa 1-ə yüksələn ikinci komanda məlum oldu

09:50 - 18 May 2024

Fransa Liqa 2-də 2023/2024 mövsümünə yekun vurulub.

Sportal.az xəbər verir ki, son turun oyunlarından sonra Liqa 1-ə yüksələn ikinci komanda məlum olub. Xallarını 68-ə yüksəldən "Anje" "Oser"dən sonra elitaya vəsiqə qazanan növbəti kollektiv olub.

Liqa 1-ə yüksələnən sonuncu komanda pley-off matçlarından sonra məlum olacaq. Belə ki, "Sent-Etyen" // "Rodez" - "Paris" cütünün qalibi üst liqaya çıxacaq.

Xəbər xətti