Almaniya klubunun hücumçusu "Milan"a keçə bilər

22:20 - 16 May 2024

"Ştutqart"ın hücumçusu Seru Qirasi karyerasını İtaliya A Seriyasında davam etdirməyə yaxındır.

Sportal.az xəbər verir ki, "Milan" 28 yaşlı futbolçunu transfer etmək istəyir. Bu barədə "Mercato" nəşri məlumat yayıb.

A Seriyası təmsilçisi artıq oyunçu ilə rəsmi danışıqlara başlayıb. "Milan" qvineyalı forvardın müqaviləsində yer alan 17,5 milyon avroluq sərbəstqalma məbləğini ödəməyə hazırdır.

Dortmund "Borussiya"sı da təcrübəli futbolçunu heyətinə qatmağa çalışır.

Qeyd edək ki, "Ştutqart" Seru Qirasini mövsümün əvvəlində "Reyms"dən transfer edib. Qvineya millisinin üzvü bu mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 29 rəsmi matçda 28 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti