Ukrayna mətbuatı "Sabah"ın futbolçusu haqda: "Dinamo"ya qayıtmaq ehtimalı azdır"

19:23 - 16 May 2024

Ukrayna mətbuatı cari mövsümü icarə əsasında keçirən "Dinamo"nun (Kiyev) futbolçularının mümkün gələcəyi haqda yazı dərc edib.

Sportal.az xəbər verir ki, "Dynamomania" portalı "Sabah"da icarə əsasında çıxış edən yamaykalı futbolçu Kahim Parris barədə bunları yazıb: 

"Yamaykalı sentyabrın əvvəlindən Azərbaycanın "Sabah" klubunda çıxış edir. Kahim iki dəfə hücumun əks cinahında oynasa da, komandanın aparıcı sağ cinah vingeri oldu. Kahim "Sabah"ın bu mövsüm ən yaxşı ötürmə verəndir. Üstəlik, qol+pas sistemində (4+8) siyahıya rəhbərlik edir. 
Yamaykalının Azərbaycan klubu ilə icarə müqaviləsi 2024-cü il iyunun 30-da başa çatır, lakin cinah oyunçusunun "Dinamo"ya qayıtmaq ehtimalı azdır. Parris mövsümə Kiyev klubunda başlasa da, rəqabətdə məğlub oldu. Onun "Dinamo" ilə müqaviləsi 2026-cı ilin 30 iyununa kimi qüvvədədir, ona görə də çox güman ki, kiyevlilər Azərbaycanda özünü yaxşı tərəfdən göstərən yamaykalı satmağa çalışacaq".
 

Xəbər xətti