"Milan" baş məşqçisini istefaya göndərdi - RƏSMİ

15:43 - 24 May 2024

İtaliya A Seriyasında mövsümün bitməsinə bir tur qalmış baş məşqçi istefası gerçəkləşib.

Sportal.az xəbər verir ki, "Milan" Stefano Pioli ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

58 yaşlı mütəxəssisin gələn ilin yayına kimi nəzərdə tutulan müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki. Stefano Piolo 2019-cu ilin oktyabr ayından "Milan"ı çalışdırırdı. Komanda onun rəhbərliyi altında bir dəfə İtaliya çempionu olub. "Rossonerilər" bu mövsüm isə lider "İnter"dən 19 xal geridə olmaqla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Xəbər xətti