AFFA-da iclas günü: İcraiyyə Komitəsi toplanır

09:18 - 3 İyun 2024

Bu gün AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

Sportal.az xəbər verir ki, federasiyanın inzibati binasında baş tutacaq toplantı saat 10:00-da başlanacaq.

İclasın gündəliyini diqqətinizə çatdırırıq:

1. 2024-cü il üçün AFFA-nın büdcəsinin müzakirəsi

2. AFFA-nın strategiyası və uşaq futboluna dair müzakirələr

3. Aşağı yaş qrupu üzrə milli komandaların baş məşqçi məsələsinin müzakirəsi

4. 1-ci və 2-ci Liqada mövcud vəziyyətin müzakirəsi

5. “Qəbələ” İK-ya müvafiq yardımın ayrılması

6. Digər məsələlər.

Xəbər xətti