AFFA futboldan uzaqlaşdırılmış oyunçunun şikayətini təmin etmədi

16:43 - 14 İyun 2024

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı son olaraq “İrəvan”da oynamış Fəhmin Muradbəylinin şikayətini təmin etməyib.

Sportal.az AFFA-ya istinadən xəbər verir ki, danışılmış oyunlarda iştiraka görə ömürlük futbolla əlaqəli fəaliyyətlərdən uzaqlaşdırılan yarımmüdafiəçi ilə bağlı qərar qüvvədə saxlanılıb.

Danışılmış oyunlara görə təqsirli bilinən “Azərbaycan Qartalları” klubunun məşqçisi Rüfət Həsənovun da şikayəti təmin olunmayıb.

Muradbəyli karyerasında “Neftçi”, “Səbail” və “Keşlə” (hazırkı “Şamaxı”) komandalarında oynayıb. 

Xəbər xətti