Albaniyalı Avropa çempionatları tarixinə düşdü

10:51 - 16 İyun 2024

Albaniya millisinin futbolçusu Nedim Bayrami Avropa çempionatlarının tarixinə düşüb.

Sportal.az xəbər verir ki, İtaliya ilə görüşün 22-ci saniyəsində fərqlənmiş 25 yaşlı yarımmüdafiəçi bununla da çempionatlar tarixinin ən erkən qolunun imza atmış olub.

Bayramidən əvvəl isə rekord Rusiya millisinin keçmiş forvardı Dmitri Kiriçenkoya məxsus idi.

Belə ki, o, AVRO-2004-də Yunanıstanla görüşün 65-ci saniyəsində fərqlənmişdi. 

Xəbər xətti