Şotlandiya millisinin futbolçusu Rayan Porteus cəzalandırılıb.
Sportal.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
25 yaşlı futbolçunun iki oyunluq diskvalifikasiya edilib.
O, Şotlandiya millisinə qrupdakı iki oyunda da kömək ola bilməyəcək.
Porteus Almaniya ilə matçın ilk yarısının sonlarında İlkay Gündoğana qarşı sərt oynadığı üçün birbaşa qırmızı vərəqə ilə meydandan qovulmuşdu.
Qeyd edək ki, Şotlandiya A qrupunda Almaniya, İsveçrə və Macarıstanla mübarizə aparır.
saytlarin hazirlanmasi