Basketbol üzrə Azərbaycan çempionu olan "Sabah" FİBA Çempionlar Liqasında iştirak edəcək.
Sportal.az xəbər verir ki, ölkə çempionu Azərbaycan basketbol tarixində ilk dəfə qitənin nüfuzlu basketbol turnirində yarışacaq.
Turnirin reqlamentinə görə, 28 klub müntəzəm çempionata birbaşa vəsiqə qazanıb. "Sabah" mübarizəyə təsnifat mərhələsindən start verəcək. Bu mərhələdə yarışacaq 24 klubdan 4-ü çempionatda çıxış etmək hüququ əldə edəcək. Təsnifat mərhələsində uğursuz çıxış edən klublar FİBA Avropa kubokunda mübarizəni davam etdirəcək.
Artıq həmin turnirdə iştirak edəcək komandaların siyahısı bəlli olub. Püşkatma iyunun 26-da keçiriləcək.
"Aliağa Petkimspor” (Türkiyə), “Kutaisi 2010” (Gürcüstan), “Nokia” (Finlandiya), “Kaledonia Qladiators” (Böyük Britaniya), “Şole Basket” (Fransa), “Oradea” (Rumıniya), “Dinamo Banco di SS” (İtaliya), “Nimburk” (Çexiya), “Friburq Olimpik” (İsveçrə), “Den Boş” (Niderland), “Yuventus” (Litva), “Kalev” (Estoniya), “Keravnos” (Kipr), “MoraBank” (İspaniya), “Nörçeppinq Dolfins” (İsveç), “PAOK Mateko” (Yunanıstan), “Patriot Levis” (Slovakiya), “Rilski Sportsist” (Bolqarıstan), “Benfika” (Portuqaliya), “Spartak Subotiça” (Serbiya), “Telenet Giants” (Belçika), “Telekom Baskets” (Almaniya) və “Trepça” (Kosovo).
Seçmə mərhələ oyunları sentyabrda başlayacaq. Ən yaxşı 4 komanda 28 komandanın onları gözlədiyi adi mövsümə yüksələcək. Qeyd edək ki, paytaxt klubu ötən il FİBA Avropa kubokunu qrup mərhələsində ölkəmizi təmsil edib.
saytlarin hazirlanmasi